تبليغاتX
R Ö Y A L A R E V İ
رؤيــــــــالار ائــــــــــــوی

GÖRÜNTÜ

 

Görüntülərim

Sənə yaxın uzaqlardan,

                            Sıçrayır.

Gözlərimdə Şəhər, acıyır

Zaman,

Ayaqlarımın altında közərir...

 

Özümə doğru gedirəm

Baxışlarının dar keçidlərində,

İtirəm... Habelə itilirəm

Dil ucumda gəzən

İtik sözcüklərlə birgə!

+ Yazıldı  Saat 1 AM  Yazar: Behruz | 

MƏNGÜLƏŞMƏK*

 

 

Alnımdan qopan izlərdir... yollar...

Baxışlarına alınıram

                İzlərini aldığımda

Yollar kimi,

Alınlara alınarkən

                Yollaşıram...

 

Yollaşmaq gücü məndə

Yollanmaq zoru səndə

Yol kimi

        İzlərinin altından                                            

Alnına alınarkən

                Sənlə birgə yollaşıram, yollaşırıq

                                                    Yollar kimi

                                                         Məngüləşirik!

ــــــــــــــــــــــــــــــــــــــ

* Əbədiləşmək

+ Yazıldı  Saat 3 AM  Yazar: Behruz | 
 
Ana Səhifə
E-mail
Arşiv
Blog Haqqında
• Behruz Fəttahi
• 1983-Təbriz
• Web: www.imler.biz
• Yahoo İD: royalarevi
__________________________
Ən yaxın yoldaşım şeirdir. Bütün anlarım şeirə sıxıldım. Dünyadır şeir, yaşadır məni özündə....

Gündəlik Bağlantılar
İ M L Ə R - ايملر
B A Y Q U Ş - بايقوش
R Ö Y A L A R E V İ - رؤيالار ائوی
Gündəlik bağlantılar arşivi
Ötən yazılar
1/21/2008 - 2/19/2008
Bağlantılar
A L M A Y O L U - آلما يولو
D Ü Ş Ə R G Ə - دوشرگه
H E K A Y Ə - حئكايه
P I T R A Q - پيتراق
T A R L A L A R - تارلالار
A V A V A - آواوا
Y A Ğ I Ş - ياغيش
 

 RSS

POWERED BY
BLOGFA.COM

طراح قالب

دیجیتال کیوان